Bakı. Trend:
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qoşun növü,birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsilmüəssisələrinin maddi-texniki təminat üzrə idarə, şöbə (bölmə) vəxidmət rəisləri ilə təlim-metodiki toplanış keçirilib.
Müdafiə Nazirliyindən Trend-əverilən məlumata görə, toplanışda Müdafiə NazirliyininMaddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini icra edəngeneral-mayor Eldəniz Yəhyayev iştirak edib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizinmüstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının DövlətHimni səsləndirilib.
Toplanışda cari il ərzində görülən işlər və əsas istiqamətlərüzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr dinlənilib,maddi-texniki təminatın vəziyyəti və bu sahədə həyata keçirilənislahatlar təhlil olunub.
Tədbirdə çıxış edən general-mayor E.Yəhyayev AzərbaycanOrdusunda maddi-texniki təminat sahəsində görülən tədbirlər vəqarşıda duran başlıca vəzifələrdən danışıb.
Həmçinin maddi-texniki təminat üzrə ümumi vəziyyət, silahlanmayayeni daxil edilmiş silah, texnika və digər vasitələrin uçotu,onların istismarı haqqında məlumatların çatdırılması, qoşunlardamaddi-texniki təminatın perspektivləri və qış dövrünə hazırlıqlabağlı məsələlər müzakirə olunub.
Bundan başqa Azərbaycan Ordusunun Türkiyə modelinəuyğunlaşdırılması istiqamətində görülən işlər çərçivəsindəmaddi-texniki təminatın vahid mərkəzdən daha operativ idarəolunmasını təmin etmək məqsədilə yeni məlumat sistemininyaradılmasından danışılıb.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyinin maddi-texniki təminatıngücləndirilməsi ilə bağlı müvafiq tapşırıqları aidiyyəti üzrəvəzifəli şəxslərə çatdırılıb.