Almaniya kansleri Olaf Şolts 2025-ci ildə Almaniya Sosial-Demokrat Partiyasından hökumət başçısı postuna namizədliyini irəli sürmək istədiyini açıqlayıb.
Modern.az xəbər verir ki, Şolts “Tagesspiegel” qəzetinə müsahibəsində belə deyib:
“Mən qəti şəkildə inanıram ki, Sosial-Demokrat Partiya və mən 2025-ci ildə o qədər güclü mandat alacağıq ki, növbəti hökumətə rəhbərlik edə biləcəyik”.