EN

İtaliya və Azərbaycan: incə əlaqələrin parlaq mozaikası

“İtaliya ilə Azərbaycan arasında sıx siyasi və iqtisadi mübadilələr həyata keçirilir və münasibətlər son illərdə daha da fəal şəkildə irəli aparılır”
Bu fikirləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.  O bildirib ki, enerji təhlükəsizliyi və iqtisadi-kommersiya əlaqələri baxımından diqqətçəkən münasibətləri, həm də aktiv siyasi dialoq birləşdirir:

“COVID-19 pandemiyasından sonrakı dövr, davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan enerji böhranı fonunda Azərbaycan-İtaliya genişlənlənən əməkdaşlığı karbohidrogen ehtiyatlarında qiymət artımının mənfi təsirlərini yumşaltmağa imkan verdi. Bu isə ölkəmizi Avropanın enerji təhlükəsizliyində vacib aktora çevirdi. Beləliklə, son illərdə İtaliya Trans-Adriatik Boru Xətti (TAP) ilə Azərbaycandan təbii qazın tədarükü sayəsində ölkəmizin aparıcı xam neft tədarükçüsünə və ən böyük qaz təchizatçılarından birinə çevrildi. Təbii qazın tədarükü 2024-cü ilin yanvarında 878 milyon kubmetrə çatıb ki, bu da 2023-cü ilin analoji dövründə olduğundan 3,1 faiz çoxdur. Bu ölkə 2023-cü ildə TAP vasitəsilə Azərbaycandan 10 milyard kubmetrə yaxın təbii qaz idxal edib".

Ekspert vurğulayıb ki, İtaliya-Azərbaycan tərəfdaşlığı təkcə enerji əməkdaşlığı sahəsi ilə məhdudlaşmır:
“Digər tərəfdən də ticarət, mədəniyyət, kənd təsərrüfatı, hərb-texniki kimi bir çox sektorlarda fəal və sərfəli əməkdaşlıq edilir. Ən vacib məqamlardan biri isə Azərbaycanın İtaliyanın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşı olmasıdır. Həmçinin mədəni və akademik əlaqələr də öz növbəsində getdikcə genişlənir, bunu İtaliya-Azərbaycan Universiteti layihəsinin inkişafı nümayiş etdirir ki, bu da bütün sektorlar üzrə ikitərəfli əməkdaşlığımızı daha da zənginləşdirir. Eyni zamanda ölkəmizin COP29-a, İtaliyanın isə G7-yə sədrliyi əməkdaşlığımız və yeni hədəflərə nail olmaq üçün əlverişli imkanlar açır.
Azərbaycanın Qarabağ bölgəsinin yenidən qurulması sahəsində İtaliya Bakı ilə sistemli şəkildə geostrateji əməkdaşlıq həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarellaya ünvanladığı təbrik məktubunda işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində İtaliya şirkətlərinin səmərəli fəaliyyətini təqdirəlayiq adlandırmışdı. Bütün bunlar onu deməyə əsas verir ki, İtaliya şirkətləri işğaldan azad olunmuş ərazilərin bərpasında fəal iştirak edir”.
Chosen
126
50
sherg.az

10Sources