Türkiyə millisinin sabiq üzvü qəzada öldü
Türkiyə basketbol millisinin sabiq üzvü İlkan Karaman yol qəzası nəticəsində dünyasını dəyişib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Karamana səkidə dayanarkən sərxoş sürücü tərəfindən idarə olunan avtomobil çırpılıb.
Nəticədə o, avtomobilin altında qalıb və hadisə yerində dünyasını dəyişib.
34 yaşlı sabiq milli basketbolçu “Pınar Karşıyaka”, “Fənərbaxça” və “Beşiktaş”da çıxış edib. Karaman 2013 Avropa Basketbol Çempionatının seçmə mərhələsində Türkiyə yığmasının heyətində də yer alıb.