EN

Xaricdən ölkəmizə 1 milyard manat pul köçürülüb

Bu ilin yanvar–iyul aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 58,2 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 303 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məluma­tına görə, 2023-cü ilin yanvar–iyul aylarına nisbətən sürətli pul köçürmə sistemləri va­sitəsilə banklara daxil olan vəsaitin həcmi 450,9 milyon manat və ya 29,9 faiz, banklar­dan xaricə köçürmələr isə 64,6 milyon manat və ya 17,6 faiz azalıb.

Xatırladaq ki, ötən ilin yanvar–iyul ay­larında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 509,1 milyon manat daxil olub. Banklardan xaricə isə 367,6 milyon manat vəsait gön­dərilib.

Chosen
47
14
xalqqazeti.az

10Sources