Bu gün Azərbaycan milli komandası Millətlər Liqasının qrup mərhələsində 2-ci tur oyununa çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə Slovakiya millisi ilə üz-üzə gələcək.
“Koşitse Futbol Arenası”nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.
Azərbaycan millisi ilk turda İsveçə 1:3 hesabı ilə uduzub. Bu, komandanın Santuşun rəhbərliyi altında ilk oyunu olub. Slovakiya seçməsi isə ilk matçında Estoniyaya 1:0 hesabı ilə qalib gəlib.
Millətlər Liqası
C liqası, 1-ci qrup
8 sentyabr
20:00. Slovakiya – Azərbaycan
Hakimlər: Damian Silvestrjak, Pavel Sokolniçki, Adam Karaseviç, Martsin Koçanek (Polşa)
“Koşitse Futbol Arenası”.
Azərbaycan: Mehdi Cənnətov, Rahil Məmmədov, Bədavi Hüseynov, Amin Seydiyev, Elvin Cəfərquliyev, Elvin Camalov, Aleksey İsayev, Emil Mustafayev, Toral Bayramov, Ozan Can Kökçü, Renat Dadaşov
Slovakiya: Martin Dubravka, Norbert Dyomber, Milan Şkrinyar, Adam Obert, David Hanzko, Stanislav Lobotka, Ondrey Duda, Yuray Kuçka, Tomaş Suslov, Lukaş Haraslin, David Streleç
***
Matç başladı.
***
Meydan sahibləri 22-ci dəqiqədə hesabda irəli çıxıb.
Ondrey Duda penalti zərbəsini dəqiq yerinə yetirib - 1:0.
***
Slovakiya matçda növbəti qol vurub. 26-cı dəqiqədə Streleç fərqlənməyi bacarıb - 2:0.
***
UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında ilk hissə başa çatıb.
***
İkinci hissə başladı.
***
Yığmamız Millətlər Liqasınının oyununda Slovakiyaya məğlub olub.
Koşitse şəhərində keçirilən qarşılaşmanın 22-ci dəqiqəsində Ondrey Duda, 4 dəqiqə sonrasında isə David Strelets fərqlənib.
Qeyd edək ki, milli komandamız C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.