EN

Xaçmazda arıçılıq təsərrüfatlarında məhsuldarlıq yüksəlib

Arıçılıq təsərrüfatlarında məhsuldarlıq yüksəlib.
Xaçmazlı arıçılar təsərrüfatlarından bol məhsul əldə edirlər. Bu il havaların nisbətən yağışlı keçməsi arı ailələrinə müsbət təsir göstərib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Yalama kəndində arıçılıq təsərrüfatlarına baxış keçirib, məhsuldarlıqla maraqlanıb. Təsərrüfat sahibləri bildirirlər ki, bu ilki məhsuldarlıq ötən illə müqayisədə daha çoxdur. Orta hesabla bir yeşikdən 18-20 kiloqram bal götürülüb. Toplanan məhsulun bir hissəsi satışa çıxarılıb. Hazırda 1 kiloqram balın satış qiyməti 20-25 manat arasında dəyişir.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, dövlət tərəfindən arıçılıq təsərrüfatlarına subsidiyanın verilməsi bu sahənin genişləndirilməsinə şərait yaradıb. 2022-ci ilədək davam edən prossesdə 264 arıçı fermerin 7464 arı ailəsinə 74640 manat subsidiya verilmişdir.
Təsərrüfat sahibləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Chosen
139
1
xalq.az

10Sources