1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Paytaxtda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi günlərində trekin əhatə etdiyi bəzi yollar əhalinin istifadəsi üçün açıq olacaq.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən bildirilib.
Yarış zolağının aşağıda qeyd olunan giriş və çıxış hissələri bazar ertəsi 9 sentyabr tarixindən cümə axşamı 12 sentyabr tarixinədək müəyyən saatlarda nəqliyyatın hərəkətinə açıq olacaq.
Giriş nöqtələri:
Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;
M.Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;
S.Vurğun küçəsindən Ü.Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;
Bülbül prospektindən Xaqani küçəsi və Neftçilər prospekti istiqamətində;
Nizami və Puşkin küçələrinin kəsişməsindən Xaqani küçəsi istiqamətində.
Çıxış nöqtələri:
Neftçilər prospektindən Bakı Dəniz Limanı, "Port Baku Mall" və "Crescent Mall" istiqamətində;
İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;
Neftçilər prospektindən Azneft dairəsi, "Dəniz Mall" və Salyan şosesi istiqamətində.
Belə ki, 9-10-11 sentyabr tarixlərində səhər saat 07:00-dan 09:00-dək, axşam saat 18:00-dan 20:00-dək yuxarıda qeyd olunan yollarda nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.
12 sentyabr tarixində sözügedən yollar səhər saat 07:00-dan 09:00-dək, axşam isə saat 20:00-dan 22:00-dək açıq olacaq.
BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit koridoru kimi istifadə ediləcək. Həmçinin fövqəladə hallar istisna olmaqla, Tranzit dəhlizləri açıq olduğu zaman, nəqliyyat vasitələrinin parklanması, sərnişin minmə və enməsi qadağandır. Bundan başqa, həmin yollarda çoxtonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.
Qeyd edək ki, sözügedən yollarda sürət həddi 50 km/saat olaraq müəyyən edilib. Bu yollardakı nəqliyyatın hərəkətini BŞH və aidiyyəti güc strukturları birgə tənzimləyəcək.