EN

Perunun keçmiş prezidenti Alberto Fuximori vəfat edib

Perunun sabiq prezidenti Alberto Fuximori 87 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə onun qızı Keiko Fuximori məlumat verib.

"Xərçənglə uzun sürən mübarizədən sonra atamız Alberto Fuximori indicə Tanrının yanında olmağa getdi", - deyə o öz “X” hesabında yazıb.

Qeyd edək ki, iyul ayında Keiko Fuximori korrupsiya və dissidentlərə qarşı repressiyaların təşkilinə görə cəza çəkən atasının növbəti prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlamışdı.

Ölkəyə 1990-2000-ci illərdə rəhbərlik etmiş Fuximori insan haqlarının pozulmasında təqsirli bilinərək 2009-cu ilin aprelində 25 il müddətinə azadlıqdan məhrum edilib.

Chosen
227
4
apa.az

10Sources