Azərbaycan Mərkəzi Bankı (AMB) baza ssenari əsasında cari əməliyyatlar balansının (CƏB) profisiti ilə bağlı bu ilin iyul ayında verdiyi proqnozu dəyişməyib.
Bunu AMB-də keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, bu göstəricinin 6-7 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır.