Bakı. Trend:
Diş implantlarının bəyan edilmədən ölkə ərazisinə gətirilməsininqarşısı alınıb.
Trend xəbərverir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat vəİctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsininəməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında diş implantlarıvə aksessuarlarının gömrük sərhədindən qanunsuz yollakeçirilməsinin qarşısını alıblar.
Roma–Bakı aviareysi ilə gələn iki nəfər Azərbaycan Respublikasıvətəndaşı "Yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk edərkən“Qırmızı kanal”a yönləndirilib və rentgen qurğusu ilə onların baqajyüklərinə keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidəolunub.
Yoxlama zamanı onlara məxsus çamadanlardan gömrük orqanlarınabəyan edilməyən 471 ədəd diş implantı və 149 ədəd diş implantıaksessuarı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.