“Rusiya ordusu Kursk vilayətində əks-hücum əməliyyatlarına başlayıb. Halbuki bunlar Ukraynanın planı üzrə baş verir”.
Missiya.Az “RBC-Ukraynaya istinadən xəbər verir ki , bu barədə Ukrayna prezidenti Volodimir Zelenski litvalı həmkarı Gitanas Nauseda ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.
Eyni zamanda, Zelenski Belarus qoşunlarının Ukrayna ilə sərhədə toplaşması ilə bağlı məlumatlara münasibət bildirib:
"Biz Belarusla sərhədimizdəki izdihamı çoxdan izləyirik", - deyə siyasətçi əlavə edib.
Daşqın HəsənovMissiya.Az