Uzun salxımları və xırda dənələri olan qarağat 1-1,5 metr uzunluğunda yarpaqlı bitkidir. Kol şəklində olan qarağat ağacı demək olar ki, bütün iqlimlərə uyğunlaşa bilir və hər torpaqda bitir. Rəngi ilə insanların iştahını açan, dadı ilə insanlar tərəfindən sevilən qarağatın saysız-hesabsız faydaları vardır.
"Unikal" qarağatın bilinməyən faydalarını təqdim edir:
- Vitamin qaynağıdır
Tərkibində yüksək miqdarda C, A, B5, B6, B1 və E vitaminini ehtiva edir. Tərkibində portağaldan 4 dəfə çox C vitamini, göyərtidən isə 2 dəfə çox antioksidan vardır. Meyvə tərkibindəki qidalı maddələr sayəsində dəri üçün olduqca faydalıdır. Eyni zamanda, yaşlanma əleyhinə təsir göstərir.
- Ürək sağlamlığını yaxşılaşdırır, damarların daxili səthindəki lövhələri təmizləyir
Şərab və üzüm şirəsi kimi üzümdən əldə edilən içkilərin damarlarda laxtalanmanı azaltdığı bilinir, lakin nar suyu kimi qarağat da çox təsirlidir. Qara qarağat kalium və qamma-linolenik turşusu (GLA) ilə zəngindir. Bu iki qida qan təzyiqini aşağı salmağa kömək edir. GLA ürək hüceyrələrinin dözümlü olmasına kömək edir və qan damarlarında laxtalanmanın qarşısını alır.
- Yaşlanmanı ləngidir
Araşdırmalara görə, qarağat Alzheimer kimi yaşlanma ilə pisləşən xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Bundan əlavə dəri və saç üçün faydası sayəsində maddələr mübadiləsini sürətləndirərək zərərli maddələri xaric etdiyi üçün yaşlanmanı ləngidir.
- Dərini yumşaldır, dərinin sağlamlığını yaxşılaşdırır
Qarağatdan istehlak etmək, suyunu içmək və ya qarağat yağından istifadə etmək dəri üzərində güclü bərpaedici və yumşaldıcı təsirlərə malikdir. Xüsusilə qarağat yemək sedef xəstəliyində olduqca təsirlidir. Həmçinin, quru və qaşınan dəriyə də birbaşa tətbiq oluna bilər.
- Bədəni xərçəngdən qoruyur və xərçəngin inkişafının qarşısını alır
Tərkibindəki antosiyaninlər sayəsində xərçənglə mübarizə aparır. Aparılan araşdırmalara görə, qarağatın qaraciyər xərçəngi hüceyrələrini məhv etməyə kömək edir.
- Göz sağlamlığı üçün faydalıdır və görmə qabiliyyətini artırır
Araşdırmalara görə, qarağat tərkibindəki aktiv maddələr sayəsində qlaukomaya qarşı təsirlidir. Göz quruluğundan əziyyət çəkənlər üçün olduqca faydalıdır. Göz yorğunluğunu aradan qaldırır.
- Qəbizliyi aradan qaldırır
Qarağat özündə əhəmiyyətli miqdarda lif ehtiva edir. Tərkibindəki lif suyu özünə çəkir və quruluşuna görə bağırsaq hərəkətlərini tənzimləyir. Qəbizliyin qarşısını almaqda faydalıdır.
- Qan şəkərinin səviyyəsini tənzimləyir
Bu meyvələr aşağı glisemik indeksə malikdir. Yəni tərkibindəki karbohidratlar asanlıqla həzm olunmur və şəkər yavaş-yavaş sorulur. Bu sayədə qanda şəkərin qəfil yüksəlməsinin qarşısını alır. Diabet xəstələri rahatlıqla istehlak edə bilər.
- Anemiyanın qarşısını alır
Anemiya əsasən qırmızı qan hüceyrələrinin istehsalının azalmasına səbəb olan dəmir çatışmazlığından qaynaqlanır. Mis və fol turşusu çatışmazlığı anemiyaya səbəb ola bilir. Qara qarağat qırmızı qan hüceyrələrinin strukturunda olan həm dəmir, həm də mislə zəngindir. Dəmir çatışmazlığı anemiya, yorğunluq və əzələ zəifliyinə səbəb ola bilir.
- Sümükləri gücləndirir
Qarağat yemək və ya suyunu içmək sümükləri gücləndirir. Qara qarağat sümükləri gücləndirən K vitamini ilə zəngindir.
Zərifə Nağıyeva