Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus 4 idarə olunan aviasiya bombası və iki təyyarə tipli pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə qubernator vəzifəsini icra edən Aleksey Smirnov məlumat verib.
"Ukrayna Silahlı Qüvvələrinə məxsus daha dörd idarə olunan aviasiya bombası və iki təyyarə tipli PUA Kursk vilayətinin sərhəd bölgəsində məhv edilib", - o, Teleqram kanalında yazıb.