EN

Afrikadan dünyanın ən böyük gavalısı yetişdi, Rekordlar Kitabına düşdü

Cənubi Afrikadan olan fermerın bağında dünyanın ən böyük gavalısı yetişib və Ginnesin Rekordlar Kitabına düşüb

Qaynarinfo bu barədə Upi.com-a istinadən xəbər verir.

Din Barnard adlı fermer bildirib ki, o, qardaşı Deonla birlikdÉ™ fermanı idarÉ™ edir. QardaÅŸlar heyvan saxlayır, meyvÉ™ yetiÅŸdirirlÉ™r. 

Cənubi afrikalı bu mövsümün məhsulunu yığarkən ağacdan asılmış nəhəng gavalını görüb. Tərəzi göstərib ki, meyvənin çəkisi 500 qram - yetkin insanın ovucunun ölçüsündədir.

Qardaşlar maraqla Ginnesin Rekordlar Kitabına müraciət ediblər və haqlı çıxıblar. Komissiya gavalını ölçüb və onun dünyada ən böyük analoji meyvə olduğunu bildirib.

"Biz onu rekord üçün böyütməmişik, belə düşüncələrimiz yox idi. Adi bir ağacda böyüdü, mən heç bir xüsusi gübrə istifadə etmədim", deyə Din Barnard bildirib.

Din Barnard zarafatla bildirib ki, bu meyvÉ™ ilÉ™ futbol oynamaq olar.

Aydın

Chosen
126
2
qaynarinfo.az

3Sources