EN

Altı cüdoçumuz Zaqrebdə mübarizəyə başlayır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün cüdo üzrə Zaqreb Qran-prisinə start veriləcək.
Oxu.Az xəbər verir ki, turnirin ilk günündə 6 cüdoçumuz tatamiyə çıxacaq.
Kişilərin yarışında 4, qadınlarda isə 2 təmsilçimiz iştirak edəcək.
Cüdo: Zaqreb Qran-prisi
Kişilər
60 kq
Turan Bayramov - Hubert Piezinski (Polşa)/Qabin Supervil (Fransa) cütünün qalibi
Əhməd Yusifov - Marton Andrassy (Macarıstan)
66 kq
Ruslan Paşayev - Dani Klacar (Xorvatiya)/Markus Auer (Avstriya) cütünün qalibi
Nazir Talıbov - İsaya Ramires (ABŞ)
Qadınlar
52 kq
Aydan Vəliyeva - Erza Muminoviq (Kosovo)
63 kq
Aytac Qardaşxanlı - Skay Knoester (Cənubi Afrika)
Qeyd edək ki, turnirdə ölkəmiz 10 cüdoçu ilə təmsil olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
22
oxu.az

10Sources