13 sentyabr 2024-cü il tarixində Masallı Dövlət Regional Kollecdə 2024/2025-ci tədris ilində Pedaqoji Şuranın ilk iclası keçirildi. Pedaqoji Şuranın sədri Namik Ağayev iclası açaraq yeni tədris ilinin başlanması münasibətilə bütün kollektivi təbrik etdi və gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırdı. Pedaqoji Şurada 2023/2024-cü tədris ilinin yay semestrinin gedişi və nəticələri barədə, 2024/2025-ci tədris ili üçün ümumi orta və tam orta təhsil bazasından tələbə qəbulu planının icra vəziyyəti haqqında, 2024/2025-ci tədris ilinə hazırlığın vəziyyəti barədə məlumat verildi. Pedaqoji Şuranın iclasında bir sıra cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olundu.