EN

Türkiyə iş adamını öldürən Qurbanovu Tiflisə təhvil verdi

Türkiyə 9 il əvvəl Tiflisdə iş adamı Besarion Xardzianinin sifarişli qətlində ittiham olunan Fərid Qurbanovu Gürcüstana ekstradisiya edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

 

Məlumata görə, F.Qurbanov 2015-ci il aprelin 28-dən İnterpol xətti ilə axtarışa verilib. Qətl 2015-ci il martın 28-də baş verib. Belə ki, Xardziani evinin yaxınlığında güllələnib.

 

Müstəntiqlərin sözlərinə görə, qətl iki aydan çox müddətdə hazırlanıb. Qurbanov 2015-ci il yanvarın 13-də Ukrayna vətəndaşının Aleksandr Dametovun adına olan saxta pasportdan istifadə edərək Tiflisə gəlib.

 

O, ortağı ilə birgə növbə ilə Xardzianinin hərəkətlərini izləyir, paltarlarını və nəqliyyat vasitələrini dəyişirdilər. Qətldən dərhal sonra Qurbanov və şəriki Gürcüstan-Türkiyə sərhədindəki Sarp keçid məntəqəsindən keçərək ölkəni tərk ediblər.

 

Gürcüstan məhkəməsi Qurbanovu qiyabi olaraq qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silah və hərbi material əldə etmə, saxlama və gəzdirmə, Gürcüstan sərhədini qanunsuz keçmə və saxta rəsmi sənəddən istifadədə təqsirli bilib. O, ömürlük həbs cəzasına məhkum edilib.

 

Qurbanovun şəriki xarici ölkə vətəndaşı qətlə köməklik etdiyi üçün qiyabi olaraq 19 il müddətinə azadlıqdan məhrum edilib. Gürcüstan onu İnterpolun qırmızı sirkulyarına əsasən axtarışa verib.

 

İş üzrə istintaq qətli sifariş edən şəxsin və digər mümkün şəriklərin müəyyən edilməsi istiqamətində davam etdirilir.

 

Civil.ge portalının məlumatına görə, Xardziani ictimaiyyətə Tiflisdəki Tısbağa gölündəki kompleksin mülkiyyəti ilə bağlı mübahisə ilə bağlı məlum olub. O, əvvəlki hökumətin dövründə, Mixail Saakaşvilinin dövründə qeyri-qanuni olaraq mülkiyyətindən məhrum edildiyini bəyan edən sahibkarlardan idi. Gürcüstanda hakimiyyət dəyişikliyinə qədər Xardziani narkotik ittihamı ilə iki il həbsdə yatıb.

Chosen
295
4
sfera.az

10Sources