Sentyabrın 20-də, saat 10:00-da Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəninfo.az bu barədə DGK-ya istinadən xəbər verir.
Məlumata görə, qəbul Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində (ünvan: Qobustan şəhəri, Heydər Əliyev prospekti, 1d) baş tutacaq.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar https://c2b.customs.gov.az/vsq_muraciet.aspx linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.