EN

Azərbaycan çayı xaricə neçəyə satır- RƏQƏMLƏR

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 4 milyon 372 min dollar dəyərində 489 ton çay  ixrac olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 382,8 min dollar və ya 9,6% , miqdar ifadəsilə 46 ton və ya 10,4% artıb.

2023-cü ilin ilk 8 ayında isə Azərbaycandan 3 milyon 989 min dollar dəyərində 443 ton çay ixrac olunmuşdu.

Bu dövrdə Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 15,20 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 15,31 manat idi.

Bu il ümumi ixracının 0,02%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,20%-i çayın payına düşüb.

Chosen
15
fed.az

1Sources