EN

Prokurorluğa işə qəbulla əlaqədar sənəd verilməsi başa çatır - Bu tarixdə

Bakı. Trend:

Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə üzrə sənədlərinqəbulu sentyabrın 30-da başa çatdırılacaq.

Trend xəbər verir ki, bubarədə Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, Baş Prokurorluq tərəfindən prokurorluqorqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 50 ştatvahidi üzrə 15.04.2024-cü il tarixdə elan edilmiş müsabiqə iləbağlı sənəd qəbulu 30.09.2024-cü il tarixdə saat 18:00-da başaçatdırılacaq.

Prokurorluq orqanlarında işləmək istəyən və qanunvericilikləmüəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar BaşProkurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsivasitəsilə müraciət edib qeydiyyatdan keçərək müsabiqənin ilkinmərhələsi olan test imtahanında iştirak edə bilərlər.

Namizədlər müsabiqə ilə bağlı ətraflı məlumatı və tələb olunansənədlərin siyahısını(https://genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani)linkinə daxil olaraq əldə edə bilər.

Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanınınkeçiriləcəyi tarix və yer barədə məlumat kütləvi informasiyavasitələrində, Baş Prokurorluğun rəsmi veb-saytında(www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarındaveriləcəkdir.

Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79,361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
7
az.trend.az

10Sources