EN

Müxalifətin qalib gəlməsi mümkün görünmür — Gürcüstandakı seçkilər nə ilə nəticələnəcək?

 Gürcü və bir sıra xarici media orqanlarında yayılan məlumata görə, Qərb Gürcüstandakı seçkilərdə hakim partiyanın hakimiyyətdə qalmasına imkan verməmək üçün kütləvi aksiyalar və “rəngli inqilab” ssenarisi hazırlayır. Baş nazir Koxabidze bir müddən əvvəl bəyan etmişdi ki, seçkilərdə qalib gəlmək şansı olmayan müxalifət səsvermədən sonra iğtişaşlar hazırlayır. 

Hadisələrə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasında deyib ki, Gürcüstanda Qərblə Rusiya yönümlü qüvvələr arasında siyasi toqquşma gözlənilir: 

“Oktyabrda keçiriləcək seçkilərdə hakim “Gürcü Arzusu” Partiyası qalib gələrək hakimiyyətdə qalmağa çalışacaq. Buna görə də müxalifətə qarşı təzyiqləri gücləndirir. Xarici Agentlər haqqında Qanunun qəbulundan sonra Qərblə Gürcüstan hakimiyyəti arasında ziddiyyətlər artıb. Qərb Gürcüstandakı qeyri-hökumət təşkilatlarını və müxalifəti dəstəkləyir, onlara maliyyə ayırır. Baş nazir Koxabidzenin bu barədə dedikləri həqiqətə söykənir. Amma hesab edirəm ki, Gürcüstandakı müxalifət çox zəifdir, onun seçkilərdə qələbə çalması gözlənilmir. Hakim partiya seçkiləri müxtəlif yollarla öz lehinə dəyişəcək. Düşünürəm ki, etirazlar olsa da həlledici olmayacaq. Qərbin Gürcüstanda “rəngli inqilab” ssenarisi mümkün görünmür, çünki Gürcüstan hakimiyyəti güclüdür, özünə qarşı etirazları neytrallaşdıracaq. Daxildəki siyasi güc mərkəzlərini müxtəlif yollarla zəiflətməyə çalışır. Baş nazirin açıqlamaları oktyabrda keçiriləcək seçkiləri sabitləşdirməyə hesablanıb”.

Törə Zeynallı
Demokrat.az

Chosen
24
demokrat.az

1Sources