EN

Android dəstəyinə sahib olmayan HarmonyOS NEXT bu ilin sonuna kimi istifadəyə verilməlidir

     Huawei şirkəti öz tarixində və texnologiyalar sahəsində vacib addımı atmağa hazırlaşır. Söhbət, HarmonyOS NEXT-in işə salınmasından gedir. Bu, şirkətin HarmonyOS adlı əməliyyat sisteminin yeni versiyasıdır və o, Android dəstəyinə sahib deyil. Verilmiş məlumata əsasən şirkət öz əməliyyat sisteminin bu yeni versiyasını bu ilin sonuna kimi istifadəyə verməyi planlaşdırır. 2019-cu ildə təqdim edilmiş HarmonyOS əməliyyat sistemi ilk öncə smart televizorlarda istifadəyə verilmişdi.     Lakin daha sonra o, smartfonlar, planşetlər və smart saatlar üçün optimizasiya edildi. İndi isə şirkət Android-dən asılılığını tamamilə aradan qaldırmağa imkan verəcək addımı atmağa hazırlaşır. HarmonyOS NEXT proqram təminatı kodunun tamamilə sıfırdan yazılması prosesinin məhsuludur. Bu isə onun Android kodundan asılılığını aradan qaldırır. Şirkətin sözlərinə əsasən HarmonyOS NEXT tamamilə müstəqil və avtonom əməliyyat sistemidir. Gözləntilərə əsasən bu yeni əməliyyat sistemini əldə edəcək ilk smartfonlar Huawei Mate 70 smartfonları olacaqlar. Böyük ehtimal ilə HarmonyOS NEXT ilk növbədə yalnız Çində aktiv olacaq

Chosen
106
13
technote.az

10Sources