EN

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü səbirsizliklə gözləyirik

ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş təşkil etmək imkanını həmişə səbirsizliklə gözləyir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

"Biz davamlı sülh razılaşmasına nail olmaq üçün hər iki ölkənin səylərini dəstəkləməyə davam edirik. Onlar bu yolda mühüm irəliləyiş əldə ediblər və biz onlara mümkün olan hər cür yardımı göstərməyə, o cümlədən faydalı olacağı halda görüş təşkil etməyə hazırıq”, - M.Miller qeyd edib.


Müəllif: Teleqraf.com
Chosen
72
8
teleqraf.com

10Sources