EN

"Amal" Firması 10 min manat cərimələnə bilər

Süd məhsullarının satışını həyata keçirən "Amal" Firması barəsində inzibati iş başlanıb. 

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 239-cu  (Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması) maddəsi ilə ittiham edilir. 

İşə Xətai Rayon Məhkəməsində baxılacaq. 

239-cu maddəyə görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
valyuta.az

1Sources