EN

Türkiyədə iki yaşlı körpəni döyərək təcavüz edən yeniyetmə ifadə verdi: Hadisəni niyə törədib?

Türkiyənin Tekirdağ vilayətinin Malkara rayonunda iki yaşlı körpə qız uşağının döyülərək cinsi istismara məruz qalması ilə bağlı istintaq davam edir.

Sentyabrın 5-də baş verən hadisə ilə bağlı aparılan istintaq çərçivəsində şübhəlilərdən biri olan 13 yaşlı K.A.-nın ifadəsi açıqlanıb.

Bu barədə Ölkə.az Oxu.Az-a istinadən xəbər verir.

Xatırladaq ki, ana bədənində zərbə izləri olan iki yaşlı qızı Sılanı hadisədən üç gün sonra xəstəxanaya aparıb. Sılanı müayinə edən həkim körpənin cinsiyyət nahiyəsində qançırlar görüb və vəziyyəti polisə bildirib, bundan sonra araşdırmalara başlanılıb.

Beyin qanaması şübhəsi ilə digər xəstəxanaya köçürülən və beyin əməliyyatı edilən körpə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin stabil, lakin ciddi olduğu bildirilir.

Ananın sözlərinə görə, qonşuları onları axşam yeməyinə dəvət edib. Qadın daha sonra qızını qonşuda qoyaraq evə qayıtdığını və gecə saatlarında gedib götürdüyünü deyib. Uşağı çimizdirən zaman bezində qan ləkələri görüb və qızına təcavüz edildiyini başa düşüb. Lakin heç kim bundan xəbər tutmasın deyə vəziyyəti ört-basdır edib.

Hadisə ilə bağlı körpənin anası və qonşunun uşaqları da daxil olmaqla, beş nəfər həbs olunub. Ananın digər beş yaşlı qızı isə dövlətin qoruması altına alınıb.

Kiçik Sıla Y.-ni təcavüz edərək ona qarşı zorakılıq edən 13 yaşlı K.A. ifadəsində uşağı atasından qısqandığı üçün döydüyünü etiraf edib. Onun sözlərinə görə, atası Sılaya üçün tort alıb, ona isə almayıb.

"Qısqandığım üçün şiddət göstərdim", - deyə yeniyetmə bildirib.

Qeyd edək ki, K.A-nın iki qardaşı ilə birlikdə atasının nənəsi ilə yaşadığı, anasının isə onları tərk etdiyi məlum olub.

Chosen
78
8
olke.az

10Sources