EN

Livanda partlayan peycerlərdə əli ola biləcək iş adamı yoxa çıxıb

Livana peycerlərin tədarükü ilə məşğul olduğu iddia edilən Bolqarıstanın Norta Global şirkətinin sahibi olan norveçli iş adamı Rinson Yosi onların kütləvi partladıldığı gün yoxa çıxıb.

Olaylar bildirir ki, bu barədə İngiltərənin "Daily Mail" qəzeti məlumat yayıb.

Nəşrin yaydığı məlumata görə sentyabrın 17-də Yosi Oslo ətrafındakı mənzilindən çıxaraq planlaşdırılmış işgüzar səfərə yollanıb.

O vaxtdan bəri onun əsas işəgötürəni olan Norveç media şirkəti NHST-nin rəhbərliyi onunla əlaqə saxlaya bilmir.

Sentyabrın 18-i axşam NHST nümayəndələri Norveç Polisinin Təhlükəsizlik Xidməti ilə əlaqə saxlayıblar.

Oslo dairə polisi sentyabrın 19-da məlumatla bağlı ilkin araşdırmaya başladığını açıqlayıb. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
9
olaylar.az

8Sources