EN

Bu maşınları almaq təhlükəlidir - Ekspertdən XƏBƏRDARLIQ

Çeçenistan rəhbəri Ramzan Kadırova məxsus "Cybertruck" elektrikli yük maşını istehsalçı "Tesla" şirkəti tərəfindən bloklanıb. Bu isə elektromobillərin təhlükəsizliyi ilə bağlı şübhə yaradır.

 

Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov bildirib ki, bu funksiya yalnız elektromobillərə deyil, mobil cihazlara da aiddir:

 

“Bu gün IOS cihazları firma tərəfindən uzaqdan bloklamaq mümkündür. Məhsul bloklandığı halda əlinizdə ancaq bir əşya qalacaq. Bloklanan telefonun yaxud elektromobil yalnız oyuncağa çevrilir”.

 

Müsahibimizin sözlərinə görə, bu, xoşagəlməz haldır:

 

“Mən məsələyə siyasi nöqteyi nəzərdən qətiyyən müdaxilə etmək istəmirəm. Kim kimin dostu, yaxud düşmənidir bu ayrı məsələdir. Amma adam pul verib özünə daşınan əmlak alır, sonra da əmlak firma tərəfindən bloklanır. Artıq bu məhsulu heçnə üçün istifadə etmək də mümkün deyil. Bəlkə də nəsə dəyişiklik edərək avtomobilləri başqa şəkildə istifadə etmək olar. Düşünürəm ki, bu tip nəqliyyat vasitələrini əldə etmək çox təhlükəlidir. Tutaq ki, mən Tesla aldım, siyasi bir dəyişiklik baş verdi və əmlakıma blok qoyuldu. Bu zaman əmlakım heçnəyə yaramayacaq”.

 

R.Həsənov qeyd edib ki, əgər avtomobil uzaqdan firma tərəfindən bloklana bilirsə, hakerlər tərəfindən də bu edilə bilər:

 

“100% təhlükəsiz sistem yoxdur. Əgər "Tesla", yaxud başqa bir firma öz məhsulunu məsafədən bloklaya bilirsə,hansısa xaker də bunu edə bilər. Bunun olma ehtimalının çox olduğunu düşünmürəm, amma ümumiyyətlə yoxdur deyə bilmərik”.

Chosen
189
44
modern.az

10Sources