"Ermənistan Rusiya ilə siyasi dialoqu və idarələrarası əməkdaşlığı azaldıb".
Bakupost.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
“Sanki Ermənistanda müəyyən siyasi qüvvələr tərəfindən qəsdən dezinformasiyalar yayılır ki, guya KTMT Ermənistanı müdafiə etməyib və s. Bütün bunlar həqiqətə uyğun deyil, çünki biz dəfələrlə KTMT və Rusiyanın səyləri barədə ətraflı danışmışıq və Ermənistan hakimiyyətinin qəbul etdiyi qərarlarla bağlı öz qiymətləndirmələrimizi bölüşmüşük. Biz hesab edirik ki, İrəvandan vaxtaşırı eşidilən iddialar absurddur və faktlara uyğun gəlmir”, - Zaxarova bildirib.
O qeyd edib ki, Ermənistan bu bəhanələrlə Rusiya ilə siyasi dialoqu və idarələrarası əməkdaşlığı azaltmağa başlayıb.
“Onlar davamlı olaraq KTMT-də iştirakın dondurulmasından danışırlar, lakin bunun əksinə olaraq Qərbə daha da yaxınlaşmağa başlayıblar. Bu siyasətdə müəyyən bir manipulyasiya var. İqtisadi göstəricilər bir şeydən danışır: insanların, şirkətlərin və biznesin yaxınlaşmaq və əlaqələri gücləndirmək marağı var, amma siyasi üstqurum nədənsə əksinə hərəkət edir. Bunun sonu pis ola bilər”, - diplomat bildirib.
Zaxarova qeyd edib ki, tarixdə öz səhv hesablamalarını ört-basdır etmək üçün bu cür manipulyasiyalardan necə istifadə edildiyinə dair çoxlu nümunələr məlumdur.
Zaur
BakuPost