EN

Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyada beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyanın Tümen şəhərində dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil ediləcək yarışda iştirak edəcəklər.

Azərbaycan Güləş Federasiyasından Yeniazerbaycan/com-a verilən məlumata görə, ənənəvi turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kiloqram), Nihat Məmmədli, Fərid Baxışlı (hər ikisi 63 kiloqram), Ülvü Qənizadə, Faiq Səfərli (hər ikisi 72 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) təmsil edəcək. Bu məqsədlə yığma sabah sözügedən ölkəyə yollanacaq.

Sentyabrın 24-dən 25-dək keçiriləcək yarışda Azərbaycanla yanaşı, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları da mübarizə aparacaqlar.

Chosen
54
11
yeniazerbaycan.com

10Sources