EN

Paşinyan Blinkenin müavini ilə sülh müqaviləsindən danışdı

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan Hakla iki ölkə arasındakı münasibətlərlə yanaşı, cari ilin aprelində Brüsseldə keçirilmiş Ermənistan-AB-ABŞ yüksək səviyyəli görüşündə əldə olunmuş razılaşmaları da gündəmə gətirib.

Bundan əlavə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı məsələlər müzakirə edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
2
milli.az

10Sources