Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan Hakla iki ölkə arasındakı münasibətlərlə yanaşı, cari ilin aprelində Brüsseldə keçirilmiş Ermənistan-AB-ABŞ yüksək səviyyəli görüşündə əldə olunmuş razılaşmaları da gündəmə gətirib.
Bundan əlavə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı məsələlər müzakirə edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun