"Hizbullah" hərəkatının silahlı qüvvələrinin komandirlərindən biri, xüsusi əməliyyatlara cavabdeh olan İbrahim Akil İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi zərbələr nəticəsində öldürülüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Zərbələr nəticəsində Akillə birlikdə "Radvan" dəstəsinin yüksək komandanlığının nümayəndələri də öldürülüb", - bəyanatda deyilir.
Məlumatlara görə, Akil Livanda rabitə cihazlarının partlaması nəticəsində xəsarət alıb və xəstəxanadan evə yeni buraxılıb.
"Hizbullah" hələ ki, onun ölümünü təsdiqləməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun