EN

Köhnə dostların Zəngəzurda toqquşan MARAQLARI - İran-Rusiya ANLAŞMAZLIĞI

İranla Rusiya arasında Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılığı davam edir. Moskva hələ də dəhlizin açılmasını dəstəklədiyi bəyanatın üstündə dayanır. İran rəsmiləri isə bu fonda Rusiyaya qarşı söz savaşını davam etdirir.Bu istiqamətdə diplomatik gedişlər də edilir. Ən azından Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana qəfil səfərində əsas müzakirə məsələlərindən birinin məhz Zəngəzur dəhlizilə bağlı iki ölkə arasında olan ziddiyyətlərlə əlaqədar olduğu iddia edilir. Görəsən, İranla Rusiya arasında Zəngəzur dəhlizi ilə bağlı diplomatik gedişlər nə ilə yekunlaşacaq?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, İran rəsmilərinin bu yöndə səsləndirdikləri bəyanatlar öz-özlüyündə ziddiyyətlidir:Əslində Ermənistanın Zəngəzur dəhlizinin də yerləşdiyi İranla sərhədi 1992-ci ildən Rusiyanın nəzarəti altındadır. Həmin sərhədi Rusiya sərhədçiləri qoruyur. Bu Tehrana da, digərlərinə də bəllidir. Belə olan halda, ərazidən keçən dəmir yoluna rus sərhədçilərinin nəzarət etməsilə İran üçün heç nə dəyişmir. Buna qədər İranın həmin məsələ ilə bağlı heç bir iradı olmayıb. İranla Rusiya arasında gündəmdə olan bir çox məsələlər var”. Zəngəzur mövzusu bu mənada həmsöhbətimizə görə, sadəcə olaraq, alver üçün istifdə olunan mövzulardandır: “Bir məsələni də qeyd edək ki, Moskva ilə Tehranın gündəmində problem yaradan bir çox digər mövzular var. Ola bilsin, Rusiya İrana hansısa texnologiya vəd edib. Əvəzinə guya İrandan orta mənzilli taktiki raket və PUA-lar götürmək niyyətində idi.Lakin indi görünür ki, Moskva texnoloji silahları İrana vermək fikrindən vaz keçib. Uzun müddət Rusiya İrana S-300 vermək istəmirdi, sonra isə verdi. İndi də ona bənzər bir vəziyyət yaranıb. Belə görünür, Rusiya öz marağına görə, İrana bu məsələdə təzyiq etmək istəyir. Bu alverdə də Zəngəzur dəhlizi heç də birinci dərəcəli mövzu deyil”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
2
dia-az.info

3Sources