EN

ABŞ Rusiya, İran və Çinlə münaqişəyə hazır deyil -"Fox News"

Birləşmiş Ştatlar Rusiya, Çin, İran və Şimali Koreyaya qarşı müxtəlif cəbhələrdə potensial qlobal münaqişəyə hazır deyil.

Bu barədə Fox News məlumat yayıb. Nəşr yazıb ki, bu qənaətə 2022-ci ildə Konqresin yaratdığı milli təhlükəsizlik üzrə ekspertlər qrupu gəlib.

Onların sözlərinə görə, "Soyuq Müharibə" başa çatdıqdan və müdafiə, təhlükəsizlik xərclərinin azaldılmasından sonra Vaşinqton Pekinlə açıq münaqişəyə hazır deyil. Hələ bir neçə cəbhədə döyüş aparmağı belə ağıla gətimək olmaz...

Ekspertlərin fikrincə, Avropa Moskvaya Çin, İran və Şimali Koreyanın yardım etdiyi bir konfliktə -Ukrayna münaqişəsənə başı qarışıb. Blə bir şəraitdə Birləşmiş Ştatlar və onun müttəfiqləri İkinci Dünya Müharibəsindən bəri dünya gücləri tərəfindən görmədiyi təhlükə ilə üzləşirlər.

Bu da azmış kimi, hesabat müəllifləri hesab edirlər ki, Yaxın Şərqdə qlobal müharibə təhlükəsi də var.

Komissiyanın hesabatında deyilir: “Buna görə də Birləşmiş Ştatlar öz qüvvələrini və sənaye bazasını uzun sürən potensial münaqişəyə hazırlamalıdır”.

Tural

Chosen
52
3
news365.az

4Sources