Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın vəzifəsini müvəqqəti olaraq vitse-prezident Cevdet Yılmaz icra edəcək.
7Times.az xəbər verir ki, dövlət başçısının bu barədə qərarı “Rəsmi qəzet”də dərc olunub.
Bildirilib ki, buna səbəb R.T.Ərdoğanın ABŞ-a səfəridir.
Qeyd olunub ki, prezidentin sentyabrın 21-dən 26-dək davam edən səfəri ilə əlaqədər Türkiyə konstitusiyasının 106-cı maddəsinə uyğun olaraq prezidentin vəzifələrini vitse-prezident icra edəcək.