Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın vəzifəsini müvəqqəti olaraq vitse-prezident Cevdet Yılmaz icra edəcək.
"Kanal14.az" "Resmi Gazete"yə istinadən xəbər verir ki, buna səbəb Ərdoğanın sentyabrın 21-dən 26-dək davam edəcək ABŞ-yə səfəri ilə bağlıdır.
Məlumata görə, bununla əlaqədar Türkiyə Konstitusiyasının 106-cı maddəsinə uyğun olaraq prezidentin vəzifələrini vitse-prezident icra edəcək.