EN

İdarə müdiri: Xankəndidə körpələr evi-uşaq bağçası sentyabrın 23-də fəaliyyətə başlayacaq

Xankəndi şəhərində bu il 80 uşağın məktəbəqədər təhsilə cəlb olunması nəzərdə tutulur.

Bunu açıqlamasında Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Anar Məcidov deyib.

Onun sözlərinə görə, Xankəndidə sentyabrın 23-də fəaliyyətə başlayacaq uşaq bağçasının işçi heyəti artıq komplektləşdirilib:

“Xankəndi şəhər 1 saylı körpələr evi-uşaq bağçası artıq fəaliyyətə başlayacaq. Bazamızda 4 qrupda. Qeyd etmək istəyirəm ki, daxil olan müraciətlərin sayı 80-dən çoxdur.

Chosen
11
4
aznews.az

6Sources