EN

Mahir Emrelinin adından dələduzluq - FOTO

Hazırda Almaniyanın "Nürnberq" klubunda çıxış edən azərbaycanlı futbolçu Mahir Emrelinin adından dələduzluq edilib.

Fanat.Az xəbər verir ki, bu haqda 27 yaşlı Mahir özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

Emreli post yayımlayaraq bildirib ki, sosial şəbəkədə naməlum şəxslər onun şəxsiyyət vəsiqəsini göndərərək insanlardan pul istəyirlər:

"Hörmətli izləyicilərim, eşitdiyimə görə  mənim adımdan insanlara mesaj yazaraq, hətta şəxsiyyət vəsiqəmi göndərərək pul istəyirlər... Xahiş edirəm belə dələduzlura inanmayın. Birdə belə bir halla qarşılaşsanız aidiyyatı qurumlara müraciət edin”.

Chosen
10
19
fanat.az

10Sources