EN

Ata-bala ayı ovuna çıxdılar, ata "ovlandı", oğul ayını vurub öldürdü

Amerika Birləşmiş Ştatlarının Viskonsin ştatında 12 yaşlı uşaq atasına hücum edən ayını vuraraq öldürüb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, 12 yaşlı Ouen Becerman atası Rayan Becermanla ayı ovuna çıxıb.

 

Hadisə sentyabrın 6-da Burnet bölgəsində yerləşən Sirendə baş verib. Ata və oğul ailənin taxta daldalanacağının yaxınlığında ayı ovuna çıxıblar. Onlar 91 kiloluq ayı ilə qarşılaşıb.

 

Ouen ayıya atəş açaraq onu yaralayıb. Yaralı ayı meşəyə qaçıb. Ata və oğul ayının arxasınca gediblər. Daha sonra ayı Rayan Becermana hücum edib. Ayı onu qarnından, qolundan və ayağından dişləyib. Bu zaman oğul ayını vuraraq öldürüb və atasını xilas edib.

 

43 yaşlı ata yerli qəzetə açıqlama verib. "Ouen qəhrəmandır. O, ayını düz üstümdə ikən vurdu və öldürdü”.

 

Həkimlər Rayan Becermanın yaralarını tikiblər. Rəsmilər bölgədə ayı hücumlarının çox nadir olduğunu bildirib. Viskonsin Təbii Sərvətlər Departamenti 2013-2022-ci illərdə cəmi 9 ayı hücumu olduğunu açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
1
modern.az

2Sources