Avtomobil bazarında ardıcıl 3 ay qiymət azalmalarından sonra yenidən artım qeydə alınıb.
KONKRET.az Xezerxeber.az-a istinadən xəbər verir ki, ən çox artım isə elektriklə işləyən və hibrid avtomobillərinin qiymətlərində qeydə alınmaqdadır. Həmin avtomobillərin qiyməti 4,3 faiz yüksəlib.
Aİ-95 markalı benzindən istifadə edən avtomobillərə tələbin yenidən artması müşahidə olunub və həmin avtomobillərin qiyməti də 2,6 faiz yüksəlib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana 387 milyon 875 min dollar dəyərində 13 min 504 ədəd hibrid avtomobil idxal olunub.