Son 24 saatda Ukrayna ordusu Belqorod vilayəti ərazisinə 27 PUA ilə hücum edib.BUTA.TV xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında yazıb. O eyni zamanda qeyd edib ki, Ukrayna ordusu tərəfindən Belqorod vilayətinə 120 raket atılıb: “Hücum nəticəsində 1 mülki ev, 1 həyətyanı tikili və 2 kombayn ziyan görüb”.