EN

Fələstin Prezidenti BMT Baş Assambleyasının 79-cu sessiyası üçün Nyu-Yorka gedib

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qarşıdan gələn 79-cu sessiyasında iştirak etmək üçün Nyu Yorka gedib.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Wafa” məlumat yayıb. 

Prezident Abbasın sentyabrın 26-da BMT Baş Assambleyasında çıxışı planlaşdırılır.

Məlumatda bildirilir ki, səfər zamanı o, Fələstindəki son hadisələri müzakirə etmək üçün müxtəlif dünya liderləri ilə görüşməyi planlaşdırır.

Chosen
11
36
operativmm.az

10Sources