EN

3 saylı Uşaq evi ilə bağlı iddialar nəzarətə götürülüb - RƏSMİ


3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar Sosial Xidmətlər Agentliyinin (SXA) xüsusi nəzarətinə götürülüb.Bu barədə agentlik məlumat yayıb.

Qurum qeyd edib ki, hazırda bununla bağlı araşdırma aparılır, müəssisənin sakinlərinin mənafeyi əsas götürülərək lazımi işlər təmin olunacaq.

Adıçəkilən müəssisə təxminən bir ay olar hüquqi olaraq SXA-nın idarəetməsindədir:

"Tabeliyimizdə olan digər müəssisələrdə olduğu kimi burada da müasir sosial xidmət prinsiplərinin tətbiqi üçün lazımi addımlar atılır. Neqativ halların qarşısının alınması, orada qalan sakinlərin lazımi sosial xidmətlərlə təmini istiqamətində iş aparılır. Mediada iddiası yayılan müəssisənin sakini Ramal Rəsulov isə özünün istəyinə əsasən və mövcud psixoloji vəziyyəti nəzərə alınaraq artıq agentliyin digər müəssisəsinə yerləşdirilib. Onun sosial psixoloji reabilitasiyası üçün lazımi iş aparılır".

Ramal Rəsulov həmin müəssisədə uşaqların kamera olmayan yerlərdə - dəhlizdə və tualetdə döyüldüyünü və təhqir edildiyini iddia edib.
www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
49
anews.az

10Sources