Özbəkistan Senatı ölkədə əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında qanuna belə vətəndaşların arzuolunmaz elan edilməsi imkanlarını nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.
İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, dəyişikliklərin qəbul edilməsinə səbəb əcnəbilərin ölkənin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi əleyhinə çıxış hallarının sayının artması olub.
Özbəkistanda qalması arzuolunmaz şəxslərin reyestrini ölkənin Xarici İşlər Nazirliyi tərtib edəcək. Siyahıya daxil olanlara çıxmaq üçün 10 gün vaxt veriləcək, əgər imtina edərlərsə, bu müddətdən sonra ölkədən məcburi qovulacaqlar.
Sadiq Cavadov