Ermənistan prezidenti Vahaqn Xaçaturyan Türkmənistana səfər edəcək.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın Aşqabaddakı səfiri Ruben Xazaryan bildirib.
Diplomat səfərin oktyabr ayında gerçəkləşəcəyini açıqlayıb.
Nəşr xəbəri "Ermənistan Türkmənistanla əlaqələri dərinləşdirir" sərlövhəsi ilə təqdim edib. Qeyd olunub ki, Ermənistanla Türkmənistan arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə ötən il 50%, bu ilin ilk 6 ayında isə daha 5% artıb.
Bununla yanaşı, 2024-cü ilin yanvar-iyun aylarında Avrasiya İqtisadi İttifaqı ilə Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% artıb.