Demokrat.az xəbər verir ki, bunu Xankəndidə AZƏRTAC-a müsahibəsində Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov deyib.
O bildirib ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəb 624 şagird yerlikdir: “Hazırda 296 nəfər şagird qeydiyyatdan keçib. 57 nəfər şagird isə gözləmədədir. Bu o deməkdir ki, yaxın günlərdə biz o şagirdləri məktəbə və təhsilə cəlb edəcəyik”.
Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə müəllim kollektivinin formalaşması da başa çatmaq üzrədir. "İşğaldan azad olunmuş bütün ərazilərdə, o cümlədən Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə bilik və bacarıqları ən yüksək səviyyədə olan müəllimləri seçərək işə qəbul etmişik. İnanırıq ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına başa gələn bu böyük Qələbəyə yüksək təhsilimizlə cavab verəcəyik. Yaxın illərdə Xankəndi şəhər 4 nömrəli tam orta məktəb öz uğurları ilə bütün Azərbaycanı sevindirəcək” - deyə, A.Məcidov bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
9Sources
-
525.azSentyabrın 23-də Xankəndidə 4 nömrəli məktəbdə ilk dərs günü təşkil olunacaq ( 11208277)
-
demokrat.azXankəndi məktəbində ilk DƏRS GÜNÜ ( 11199097)
-
bakupost.azXankəndidə 4 nömrəli məktəbdə ilk dərs günü bu tarixdə olacaq - FOTO ( 11198602)
-
sfera.azSentyabrın 23-də Xankəndidə 4 nömrəli məktəbdə ilk dərs günü təşkil olunacaq -FOTO ( 11198221)
-
bizim.mediaXankəndidəki məktəbdə tədrisə bu tarixdə START VERİLƏCƏK – RƏSMİ – FOTO ( 11197402)
-
modern.azXankəndi məktəbində ilk DƏRS GÜNÜ ( 11197315)
-
bakivaxti.azXankəndidə 4 nömrəli məktəbdə ilk dərs günü bu tarixdə təşkil olunacaq - FOTO ( 11197249)
-
apa.azSentyabrın 23-də Xankəndidə 4 nömrəli məktəbdə ilk dərs günü təşkil olunacaq - FOTO ( 11196724)
-
azertag.azSentyabrın 23-də Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə ilk dərs günü olacaq ( 11196457)