EN

Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirdi - FOTO

Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar sentyabrın 21-də Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları, həmçinin prokurorluğun veteranları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, o cümlədən nazir Muxtar Babayevin iştirakı ilə növbəti ağacəkmə kampaniyası keçirib.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Tədbir çərçivəsində ümumilikdə 2 hektar ərazidə 1000-dən çox ağac əkilib.

Kampaniyadan sonra Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşərək onlarla səmimi söhbət edib.

Chosen
32
12
e-huquq.az

10Sources