EN

Xankəndidə illər sonra ilk toy keçiriləcək

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.

APA xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimlinin oğlu, gənc yazar və Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toy mərasimi baş tutacaq. Mərasim Xankəndi şəhərində yerləşən restoranlardan birində keçiriləcək.

Qeyd edək ki, Kərimlilər ailəsi Şuşa şəhərində yaşayırlar. Bəy, gəlin və onların ailəsi mərasimin keçiriləcəyi zala gəlməzdən əvvəl Şuşa şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, sonra Cıdır Düzündə gəzintiyə çıxıblar. Onlar daha sonra Xankəndi şəhərinin mərkəzini gəzəcək və toy keçiriləcək restorana gedəcəklər.

Chosen
21
19
news365.az

10Sources