Berlin münaqişə davam etdiyi müddətdə Kiyevə hərbi yardımı davam etdirəcək.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
"Əks təqdirdə Ukraynanın sonu olacaq. Biz buna icazə verməyəcəyik", - nazir bildirib.
Qeyd edək ki, Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun